Xəbər lenti

Muzeydən 1,5 milyon dollarlıq kitab oğurlandı
Sənət13:45 08.03.2017

Muzeydən 1,5 milyon dollarlıq kitab oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyada muzeydən oğurlanaraq qaçaqmalçılıq yolu ilə Türkiyəyə gətirilən qədim kitabı satmaq cəhdinin qarşısı alınıb.
"Qaynar" "Trend"ə istinadən xəbər verir ki, Bursa Jandarm komandanlığının əməkdaşları Suriyada muzeydən oğurlanan, ceyran dərisi üzərində qızıl işləməli, içində Məryəm Ana və İsa Peyğəmbərin şəkillərinin əks olunduğu 17 səhifəlik tarixi kitabı satış məqsədilə Bursaya gətirən 6 nəfəri saxlayıb.
Dəyəri 1,5 milyon dollar olan eksponat Bursa Muzeyinə təhvil veriləcək.
Qaynar.Az