Xəbər lenti

Mövlud Çavuşoğlu və Sergey Lavrov cəbhədəki vəziyyəti müzakirə ediblər
Siyasət15:40 15.10.2020

Mövlud Çavuşoğlu və Sergey Lavrov cəbhədəki vəziyyəti müzakirə ediblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə "Report"un yerli bürosuna Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər.
Nazirlər Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini hədəf alaraq mülki şəxsləri atəşə tutmasını, eyni zamanda Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığa edilən hücumu müzakirə ediblər.