Xəbər lenti

Nadir ATV-dən qovuldu - Təhqirə görə...
Maqazin09:32 13.03.2015

Nadir ATV-dən qovuldu - Təhqirə görə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün “ATV”nin canlı efirində qalmaqal baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, İlqar Mikayıloğlunun təqdim etdiyi “Gün üzü” verilişində qonaq olan Nadir Qafarzadə  Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusufu təhqir etdiyi üçün aparıcı ilə mübahisə edib. O, Sami Yusufla bağlı "Haranın zibilidir ki?" fikrini səsləndirib.

Daha sonra reklam fasiləsində verilişdən uzaqlaşdırılan müğənni kanalda yaşananlara sosial şəbəkədə belə reaksiya verib:

“Hərdən Azərbaycanda yaşayan bir çox insanlara yazığım gəlir. Görəsən, bizim kimi yaltaq varmı? İnanmıram”.

***

Nadir Qafarzadənin meneceri "Qafqazinfo"ya açıqlamasında bildirib ki, müğənniyə sözügedən hadisədən sonra kanal tərəfindən qadağa qoyulduğu deyilib. Müğənninin meneceri daha sonra bildirib ki, Nadiri reklam fasiləsində heç kim qovmayıb, o, tənqid olunduğu üçün verilişi tərk edib.

Qaynar.info