Avstraliyanın Queensland əyalətinin Rokhampton şəhərində yaşayan bodibildinq idmançısı və şəxsi məşqçi Kakkri Saelov nadir hallarda rast gəlinən xərçəng növünə yaxalanıb.
Qaynarinfo xəbər verir ki, yaşadığı əyalətdə indiyədək cəmi 3 nəfərin yoluxduğu xəstəlik onun karyerasına son qoyub. Həftəsonu əməliyyat olunan Kakkri Saelov sol ayaq sümüyündən 14 sm kəsilərək götürülüb.
Karyerasını və sol ayağını itirən 15 yaşlı idmançı artıq idmanla məşğul ola bilməyəcək.
