Xəbər lenti

Nail Abdullayev yeni vəzifəyə təyin olundu
Ekonomiks09:50 01.07.2024

Nail Abdullayev yeni vəzifəyə təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna müavin təyin edilib.
Qaynarinfo banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Nail Abdullayev təyinat alıb. O, bu yeni və əsas rolda "Azəriqaz"da transformasiya layihəsinə rəhbərlik edəcək.
2013-cü ildən Nail Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyatın Tənzimlənməsi" bakalavr təhsili, Bahçeşehir Universitetində "Biznesin idarə edilməsi" (MBA) üzrə isə magistr təhsili alıb.