
Bu gün "Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında cari mövsümdəki ilk matçına çıxacaq. Çempionlar yolunda mübarizə aparacaq təmsilçimiz Niderland "Alkmaar”ı ilə qarşılaşacaq. Görüş Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq.
Klubun
futbol akademiyasının meneceri Nail Kərimov komandanın hazırlığı ilə bağlı
düşüncələrini Qaynarinfo ilə bölüşüb:
"Hazırlıq
başa çatıb. Demək olar, heyət qaydasındadır. İki zədəli futbolçumuz vardı.
Yavaş-yavaş düzəlməyə doğru gedirlər. "Alkmaar"la qarşılaşmada oynayıb-oynamayacaqları hələ ki,
sual altındadır. Başqa qeyri-adi vəziyyət yoxdur”.
Nail
bəy rəqibin adlı-sanlı klub olmasının fubolçularda hər hansı narahatlıq
yaradıb-yaratmadığı ilə bağlı suala belə cavab verib:
"Kənardan
görünən odur ki, rahatdırlar. Oyuna yaxşı kökləniblər. Rəqibin oyunlarının
analizini aparıblar, görüblər və tanıyırlar. İnam hiss olunur”.
Kərimov
komandanın qarşısına növbəti mərhələyə adlamaqla bağlı plan qoyulmadığını da
bildirib:
"Hazırda
futbolçuların qarşısına belə bir tələb qoya bilmirik. Amma fikir odur ki, gözəl
futbol oynayaq. Qalan məsələlər sonranın işidir”.
Klub
rəsmisi bilet satışı və azarkeşlərin oyuna marağı ilə bağlı bunları söyləyib:
"Bilelər
satışa çıxarılıb. Amma Qəbələ üçün heç də yaxşı hava proqnozu göstərilmir. Bölgəyə möhkəm yağış yağacağı
proqnozlaşdırılıb. Bu maneə ola bilər. Bilet satışı ilə bağlı vəziyyətlə hələ
maraqlanmamışam. Hazırda bu barədə məlumatım yoxdur. Ancaq satışa bilet çıxarıldığını bilirəm”.
Səbuhi Həsənov