Meyxanaçı Namiq Qaraçuxurlu qızından danışıb.
"Qaynar" xəbər verir ki, sənətçi “ATV maqazin onlarla” verilişinə açıqlamasında övladının görüntülərini paylaşmamasının səbəbini açıqlayıb:
“Qızımın bu yaxınlarda bir yaşı tamam olacaq. Hər şey yaxşıdır, böyüyür. Fotosunu paylaşmağı söz vermirəm, amma istəyirəm... Ürəyimdən keçir, amma müəyyən şeylər var ki, adamın qarşısını kəsir. Mən Namiq Qaraçuxurlu olaraq cəmiyyət qarşısındayam, ünvanıma artıq söz deyə bilərlər. Amma o uşaq məcbur deyil ki, onun haqqında tənqid yazsınlar. Bəlkə, böyüyüb deyəcək ki, niyə mənim fotomu paylaşmısan".
Qaynar.Az