Xəbər lenti

Namizədliyi irəli sürülməyən deputatlar Milli Məclislə sağollaşdı
Siyasət07:00 03.02.2020

Namizədliyi irəli sürülməyən deputatlar Milli Məclislə sağollaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyini irəli sürməyən deputatlar parlamentlə xudahafizləşir.
Qaynarinfo xəbər verir ki, "Report”un əldə etdiyi məlumata görə, artıq namizədliyi irəli sürülməyən bir neçə deputat parlamentdəki otağından şəxsi əşyalarını çıxarıb.
Bir neçə deputat isə parlamentdəki otağından şəxsi əşyalarını özü ilə aparmayacağını bildirib.
Qeyd edək ki, fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi irəli sürməyən hazırki deputatların sayı 31 nəfərdir. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, 2-i isə partiya sədridir.