Xəbər lenti

Nardaranda əməliyyat keçirildi - Fermada girov saxlanılan ukraynalı tapıldı
Ölkə08:48 03.05.2016

Nardaranda əməliyyat keçirildi - Fermada girov saxlanılan ukraynalı tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi Naradaran qəsəbəsində növbəti əməliyyat keçirib.

Qaynarinfo.az-ın verdiyi xəbərə görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur etmələri müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Qaynarinfo.az