Narkotik ticarətində ittiham olunaraq müxtəlif həbs cəzaları verilən türkiyəli məşhurlar Çağatay Ulusoy, Gizem Karaca və Cenk Erenin vəkilləri qərar etiraz edəcəklər.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yusuf Akgülün vəkili Erol Şahinin sözlərinə görə, məhkəmənin çıxardığı hökm qanunlara ziddir.
"Müvəkkilimin narkotik ticarəti ilə məşğul olması və başqalarını da bu işə cəlb etməsi ilə bağlı ortada heç bir dəlil yoxdur. Məhkəmə sürpriz bir şəkildə bütün şübhəlilərə narkotik ticarəti ilə məşğul olduqları ittihamı ilə cəza verib. Qanuna zidd olaraq qəbul edilmiş bu qərarın ləğv edilməsi üçün İstanbul Bölgə Ədliyyə Məhkəməsinə müraciət edəcəyik", - deyə o, bildirib.
İddia Apelliasiya Məhkəməsi və Ali Məhkəmə təmin ediləcəyi təqdirdə Cenk Erenin həbs cəzası 3 il 2 aya, Gizem Karaca və Çağatay Ulusoyun cəzası isə 1 il 9 aya endiriləcək.
Qeyd edək ki, narkotik ticarətində ittiham olunan Ç.Ulusoy və G.Karacaya 4 il 2 ay, C.Erenə isə 6 il 3 ay həbs cəzası verilib.