"Daşnaklar köksüz bir tayfadır, bacardıqları da bir cə şeydir: Vətəni məhv etmək”.
Qaynarinfo
xəbər verir ki, bu barədə erməni bloger Natali Aleksanyan öz Facebook səhifəsində yazıb.
"Əgər qondarma müxalifət Qarabağ ermənilərindən öz maraqları üçün istifadə eləməyə cəhd etməsəydi, mən çox məyus olardım. Evsiz-eşiksiz qalan soydaşlarımızdan istifadə etmək üçün ilk cəhd heç bir nəticə vermədi: ölkə Qarabağ ermənilərinə son dərəcə qayğıkeş yanaşırdı, minnətdarlıq edən xalq onlara yardım edən hökumətə qarşı çıxmadı. Amma Qarabağ ermənilərini hər zaman öz şəxsi məqsədləri üçün istismar edən müxalifətçilərimiz hər dəfə yeni bir şey ortaya qoyurlar.
Deməliyəm ki, Nairi Ohikyan, Qaqik Arutyunyan və digər daşnak fiqurları xeyriyyəçilik adı altında Qarabağ ermənilərini qızışdırır, onları gələcək iğtişaşlara hazırlayırlar. Bu iyrənclər istənilən bədbəxtlikdən istifadə edir və qarabağlıların köçü onlar üçün sadəcə bir hədiyyə idi. Lakin Qarabağda hakimiyyətin daşnakların əlinə keçməsində bilavasitə iştirak etdikləri üçün baş verənlərin məhz bu ikisinin sayəsində baş verdiyinə dair açıq şübhələr var. Daşnaklar köksüz bir tayfadır, bacardıqları da bircə iş var: Vətəni dağıtmaq.
Əziz qarabağlılar, unutmayın. Sizə səmimi kömək təklif edən kimsə sizdən heç nə tələb etməyəcək. Əgər kömək müqabilində sizdən nəsə istəsələr, bu, kömək deyil, kələkdir, saxtakarlıqdır. Bununla onlar sizi öz çirkin məqsədlərinə çatmaq üçün ələ alırlar. Onların əlində daha bir oyuncağa çevrilməyin. Onlara imkan verməyin ki, ermənilərin yeganə vətənini dağıdıb məhv etsinlər. Ermənistan sizi ürəkdən sevir, onun dağılmasına töhfə verməyin. Biz bilirik ki, daşnakların can atdığı hakimiyyətdə ölkəni nələr gözləyir.
P.S: Mən heç bir siyasi maraq güdmürəm, heç bir qüvvəni təmsil etmirəm və heç bir komandaya qoşulmaq istəyim yoxdur. Mənim işim üçün yeganə motivasiya Ermənistan Respublikasıdır və mən ölkəmin dövlətçiliyi uğrunda mübarizənin önündə dayanıram”, Aleksanyan yazır.
Alpər