Xəbər lenti

Natavan və Dado boşanır? (VİDEO)
Maqazin13:07 14.01.2019

Natavan və Dado boşanır? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ARB TV-nin "Səhər-Səhər” verilişinin növbəti qonağı reper Dado (Səid Əliyev) olub. 
Reper boşanma xəbərləri ilə bağlı bezginliyini dilə gətirib:
"Bu söz-söhbətdən bezib-iyrənmişəm. Hamı elə danışır ki, elə bil yaxınımızdır. Mənim həyatımda baş verənlər başqasında nə dəyişir? Biz niyə bir-birmizin dalınca danışırıq? Millətin çox faizi yaxşıdır, amma az faizi ortada söz gəzdirirlər”.
Dado, eyni zamanda həyat yoldaşı, müğənni Natavan Həbibidən də ağız dolusu danışıb:
"Natavan mərd, kişi kimi qızıdır. Mən qızlarla çox münasibətdə olmamışam. Mənim ürəyimi oğurlayan ancaq mərd qız ola bilərdi. Özüm xaraktercə mərd, düzgün olmağı xoşlamışam. Onu çox sevirəm”.