Xəbər lenti

Natavan yeni ev alır - Bu dəfə Rusiyada
Maqazin10:09 26.07.2016

Natavan yeni ev alır - Bu dəfə Rusiyada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhərimi saytları oxumaqla açıram. Daha sonra isə İnsatqrama girirəm. Mənə yazılan şərhləri oxuyuram.

"Qayanrinfo.Az" xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Natavan Həbibi deyib. 

İfaçı alış-veriş sevgisindən bəhs edib:

"Pulum ancaq geyimə gedir. Ən çox çanta və ayaqqabı alıram, özü də bahalı olur. Geyim daha rahatdır. Ucuz və saxta ayaqqabını heç vaxt geyinə bilmərəm. Çalışdığımız mağazalar var, hədiyyələr göndərirlər".

Türkiyədə özünə ev alan sənətçi bu dəfə Rusiyada mənzi almağı planlaşdırdığını deyib:

"Sanatoriya olan yerlərdə çox oluram. Burada həm dincəlirəm, həm də orada işim var. Yesuntikidə, Kislovodskidə tez-tez oluram. Yaxın günlərdə oralarda ev almağı düşünürəm. İstəyirəm evim olsun, gedəndə orada qalım".

Qayanrinfo.Az