Xəbər lenti

Natavana 9 min manatlıq hədiyyəni kim verib? - FOTO
Maqazin07:59 20.05.2016

Natavana 9 min manatlıq hədiyyəni kim verib? - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əsasən ad gününü ailəsi ilə evdə qeyd edən Natavan bu dəfə ənənəsini pozacaq. 

Qaynarinfo.az xəbər verir ki, ifaçı bu gün doğum gününü ən yaxın dostları və şou-biznesin tanınmış simaları ilə təmtəraqlı şəkildə keçirəcək. Saat 19.00-da başlayacaq doğum günü, paytaxtın tanınmış məkanlarının birində reallaşacaq. 

Görünür ifaçıya hədiyyələri ötən gecədən verilməyə başlayıb. Belə ki, Həbibi sosial şəbəkədə ona verilən 9000 manatlıq üzük və sırğanın fotosunu paylaşıb. Ona bu hədiyyə isə özəl birisindən verilib. Müğənninin bahalı hədiyyəsinin fotosunu təqdim edirik.

Qaynarinfo.az