
Respublikaçı Alternativ (ReAl) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
Qaynarinfo.Az-a bu barədə məlumatı vəkil Cavad Cavadov verib.
Vəkil bildirib ki, apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib, şikayətə yaxın günlərdə baxılacaq.
Sentyabrın 6-da Nəsimi Rayon Məhkəməsində N.Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
Xatırladaq ki, Respublikaçı Alternativ hərəkatının icraçı katibi Natiq Cəfərli 12 avqust 2016-cı ildə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci ( vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ) maddələri ilə təqsirli bilinir.
ReAl Hərəkatı Natiq Cəfərlinin həbsini siaysi sifariş hesab edir.
Aydın
Qaynarinfo.Az