Xəbər lenti

Natiq Cəfərli Avropa Şurasının baş katibi ilə görüşdən danışdı
Siyasət07:50 20.05.2014

Natiq Cəfərli Avropa Şurasının baş katibi ilə görüşdən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 20-də Avropa Şurasının baş katibi Torbyorn Yaqland təşkilatın Bakıofisində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

Görüşdəiştirak edən Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibiNatiq Cəfərli “Media forum” saytına müzakirə olunan məsələlər barədədanışıb: “Görüşdə əsas müzakirə olunan məsələ siyasi məhbuslar və vicdanməhbusları məsələsi oldu. Avropa Şurasının Nazirlər Komitəsinə 6 ayrəhbərlik edəcək Azərbaycanda bu qədər siyasi məhbusun olması üzqarasıdır, yolverilməzdir.

Görüşdə qeyd etdim ki, artıq illərdir belə vacib təmaslarda hakimiyyətinatdığı addımlar, yəni siyasi sifarişlə həbs olunan insanların məsələsimüzakirə olunur. Bu çox üzücüdür. Biz REAL Hərəkatı olaraq beləgörüşlərdə ölkəmizin inkişafının alternativ modellərinin, yollarınınmüzakirə edilməsini istərdik. Vətənimiz qarşısında olan çağırışlar,problemlər, onların həlli yolları haqqında danışmağı üstün tutardıq.Qarabağ probleminin həllinə baxışlarımız, tərəqqi, iqtisadi inkişaf,siyasi islahatlar haqqında hakimiyyətin baxışlarına alternativyanaşmamızı ortaya qoymağı istərdik. Bir sözlə, siyasi mövzular,dəyərlər haqqında müzakirələrə üstünlük verməyi daha vacib sayardıq.Amma təəssüf ki, illərdir belə görüşlərdə ancaq siyasi repressiyalarməsələsi müzakirə olunur.

Hakimiyyətin bir istəyi də budur ki, mövzu ancaq repressiyalar olsun,gələn qonaqlar, siyasilər ölkədə ciddi, düşünən, problemləri və onlarınhəll yollarını bilən, hakimiyyətə alternativ siyasi qüvvələrin olduğunugörməsinlər. Bu oyunu pozmaq, bu dairəni qırmaq lazımdır. Bizlər artıqbu yöndə addımlar atırıq, son bir ildə keçirdiyimiz bütün görüşlərdəsədrimiz İlqar Məmmədovun siyasi sifarişlə həbsdə olması barədə qısaməlumat verdikdən sonra problemlər və onların həlli yolları haqqındadanışmağa çalışırıq. Bu görüşdə də məhz alternativ Azərbaycanbaxışlarımızı ortalığa qoymağa çalışdıq. Problemlərin həlli yollarıhaqqında fikirlərimizi bölüşdük”.

Qaynar.info