Xəbər lenti

Natiq Cəfərli: "Ədliyyə Nazirliyi bizə bir ay ərzində cavab verəcək”
Siyasət13:16 13.06.2023

Natiq Cəfərli: "Ədliyyə Nazirliyi bizə bir ay ərzində cavab verəcək”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ölkədə yeni qanunun tələbləri ilə bağlı ən aktiv kampaniya aparan partiya məhz REAL-dır”.
Bunu Qaynarinfo-ya açıqlamasında REAL-ın icra aparatının rəhbəri Natiq Cəfərli  deyib. O, partiyanın yeni qanunda nəzərdə tutulan bütün prosedurlara əməl edərək, 5118 üzv siyahısını Ədliyyə Nazirliyinə təqdim elədiyini bildirib:
"Bu təqdimat həm də onu göstərdi ki, REAL Partiyası bu işə ciddi yanaşdı. Bu aylar ərzində, yeni qanunun qəbulundan sonra regionlara onlarla səfərimiz və Bakıda görüşlərimiz oldu”.
Natiq Cəfərli həm rayonlara səfərlər zamanı, həm də Bakıda keçirilən görüşlərdə heç bir problemlə qarşılaşmadıqlarını vurğulayıb:
"Bu görüşlərdən həm də bir fürsət kimi istifadə edərək, partiyanın məramını, ideologiyasını da daha çox insana çatmasına nail olduq. Sənədləri göndərdik, bir ay müddətinə də Ədliyyə Nazirliyindən cavab veriləcək”.
Bahar Rüstəmli