Xəbər lenti

Natiq Cəfərli ev dustaqlığına buraxılmadı
Siyasət11:43 06.09.2016

Natiq Cəfərli ev dustaqlığına buraxılmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəsimi Rayon Məhkəməsi Respublikaçı Alternativ Hərəkatının icra katibi Natiq Cəfərlinin ev dustaqlığına buraxılması ərizəsini təmin etməyib. 

Qaynarinfo.Az-a bu barədə məlumatı ReAl İdarə Heyətinin üzvü Rəsul Cəfərov verib. 

Rəsul Cəfərovun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Elman İsayev şikayəti təmin etməyib: "Məhkəməyə Natiq Cəfərlinin özü də gətirilmişdi, lakin presses qapalı keçdiyindən vəkilərdən başqa heç kim içəri buraxılmadı".

Rəsul Cəfərov qeyd edib ki, Nəsimi Rayon Məhkəməsinin bu qərarından da şikayət veriləcək: "O da təmin edilmədiyi halda, bu iş də həbs-qəti imkan tədbiri ilə bağlı Avropa Məhkəməsinə göndərilmiş işin içinə əlavə ediləcək".   

Xatırladaq ki, Respublikaçı Alternativ hərəkatının icraçı katibi Natiq Cəfərli 12 avqust 2016-cı ildə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci ( vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ) maddələri ilə təqsirli bilinir.

ReAl Hərəkatı Natiq Cəfərlinin həbsini siaysi sifariş hesab edir.

Aydın

Qaynarinfo.Az