Xəbər lenti

Natiq Cəfərli seçkiyə gedir - Hansı dairədən namizəd olacaq? (AÇIQLAMA)
Siyasət09:42 24.06.2024

Natiq Cəfərli seçkiyə gedir - Hansı dairədən namizəd olacaq? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
REAL Partiyasının icra katibi Natiq Cəfərli parlament seçkilərində namizədliyini irəli sürəcəyi dairəni açıqlayıb.
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, seçkiyə 33 saylı Xətai Birinci seçki dairəsindən qatılacaq:
"REAL-ın Gənclər Komitəsi ilkin araşdırmalar aparıb və sorğular keçirib. Sağ olsunlar, böyük bir iş gördülər. Mənim 3 dəfə namizəd olduğum 12 saylı seçki dairəsinin əhatəsi tamamiylə dəyişdirilib. Bu səbəbdən həmin dairədən namizəd olmağın mənası qalmır”. 
Qeyd edək ki, 2020-ci ildə keçirilən parlament seçkilərində 33 saylı Xətai Birinci seçki dairəsindən Hüseynbala Mirələmov 47.1 faiz səs toplayaraq lider namizəd idi. Buna baxmayaraq, 33 seçkilərin nəticələri ləğv edilmişdi. Sözü gedən dairə 4 ildir ki, boşdur. 
Bahar Rüstəmli