Siyasət 12:42 09.09.2022

Natiq Cəfərli: "Sözümün üstündə dururam, bu partiyalar ləğv edilməlidir"

ReAL Partiyasının icra aparatının rəhbəri Natiq Cəfərli sosial şəbəkədə siyasi partiya üzvlərinin narazılığına səbəb olan fikirlərə aydınlıq gətirib.
 
Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Siyasi Partiyalar Haqqında” qanunla bağlı ReAL öz mövqeyini açıqlayıb:
 
"Partiyanın sədri videomüsahibə yaydı, mən də fikirlərimi açıqladım. Orada hər şey göstərilib. Mənim dediyim odur ki, seçkilərdə iki dəfə ardıcıl iştirak etməyən partiyanın fəaliyyətinə nə ehtiyac var ki? İki dəfə seçkidən imtina 14 il edir. Prezident seçkiləri 7, parlament seçkiləri isə 5 ildən bir keçirilir. 10-14 il heç bir seçkidə iştirak etməyən partiya nə işlə məşğul olacaq? Pambıq yığacaq? Gavalı toplayacaq? Siyasi partiyanın işi nədir? Siyasi partiyaların işi seçkilərdə iştirak etməkdir. Əgər hər hansı bir partiya 10-14 il seçkilərdə iştirak etmirsə onda nə işlə məşğul olacaq?”.  

Qeyd edək ki, ReAL Partiyasının icra aparatının rəhbəri Natiq Cəfərlinin "Seçkiləri baykota görə partiya qeydiyyatının ləvği təklifini ReAL irəli sürüb” fikirləri siyasi partiyaların üzvlərinin narazılığına səbəb olub. 

Bahar Rüstəmli