Xəbər lenti

Natiq Ədilovun qohumları həbs edildi
Ölkə12:56 27.02.2013

Natiq Ədilovun qohumları həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AXCP-nin mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin yazarı Natiq Ədilovun qohumları həbs olunub. 

Qaynar.info xəbər verir ki, bu barədə Natiq Ədilov öz "Facebook" səhifəsində yazıb: “Bir saatdan çoxdur Sabirabadda yaşayan qardaşım Muradı, dayım oğlu Səbuhini polis həbs edərək şöbəyə aparıb. Bir saatdır çalışmağıma baxmayaraq saxlanmanın səbəbləri barədə polis şöbəsi inadla susur. Bu elə ilk andan ciddi hüquq pozuntusudu, bu işin arxasından da bir “qəbir daşı” sındırma məsələsi çıxsa heç təəccüblənmərəm”.

Şəxslərin hansı səbəbdən saxlanıldığı məlum deyil.

Son məlumata görə, Murad Ədilov və Səbuhi Nadirov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilirlər.

Qaynar.info