Xəbər lenti

NATO Azərbaycanla Ermənistan arasında sülh istəyir: "Bizim üçün vacibdir ki..."
Siyasət13:39 25.12.2023

NATO Azərbaycanla Ermənistan arasında sülh istəyir: "Bizim üçün vacibdir ki..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı birgə bəyannamə ilə bağlı çox nikbindir. 
Qaynarinfo xəbər verir ki, bunu NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanın Birinci Kanalına müsahibəsində deyib.
"Biz bunun çox yaxşı xəbər olduğunu düşünürük. Biz Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Biz bu prosesdə Avropa İttifaqı və ABŞ-ın, eləcə də Ermənistan və Azərbaycanın ikitərəfli əsasda həyata keçirdiyi səyləri dəstəkləyirik. Bizim üçün həqiqətən vacibdir ki, Qafqaz regionunda sabitlik təkcə Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanda bərqərar ola biləcək sabitlik vasitəsilə qorunur", deyə NATO-nun xüsusi nümayəndəsi bildirib.
İrəvanın NATO ilə yaxınlaşmada maraqlı olduğunu görüb-görmədiyi sualına cavab verən Kolomina qeyd edib ki, Ermənistan çox açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan bir qədər uzaqlaşmaq qərarına gəlib.
"Bizim dəstəklədiyimiz elə budur. Ermənilər öz qərarlarını verməkdə sərbəstdirlər, lakin onlar bunu seçiblər və məncə, artıq bizə yaxınlaşmağa başlayıblar - daha çox əməkdaşlıq və daha çox siyasi dialoq tələb edir, NATO-nun daha çox iştirakını istəyirlər. Tərəfdaşlarımızın regionun sabitliyi üçün faydalı olan istənilən qərarını dəstəkləyirik. Bu, bizim üçün çox vacibdir", deyə Kolomina bildirib.
Nizami Bağırov