Dünya 11:29 28.05.2022

NATO gəmiləri Finlandiyada: 75 təyyarə, 7000 heyət, İsveçin ən böyük döyüş gəmisi

ABŞ-ın iki hərbi gəmisi, bir alman freqatı və bir neçə fransız gəmisi Helsinkiyə gəlib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Nord News-un məlumatında deyilir.

Söhbət "Arleigh Burke” sinifli "USS Gravely” esminesi, "Whidbey Island” sinfinə aid "USS Gunston Hall” desant gəmisi və Fransa Hərbi Dəniz Qüvvələrinin F70 Latouche-Treville sualtı qayığından gedir.

Döyüş gəmiləri bu həftənin əvvəlində Finlandiya sahil donanması ilə birgə təlimdən sonra Helsinkiyə gələn Almaniya Hərbi Dəniz Qüvvələrinin Saksoniya sinifli freqatına qoşulub.

Təlimdə həmçinin Amerikanın USS Kearsarge təyyarədaşıyan gəmisi, Wasp sinifli desant gəmisi, Finlandiya və İsveç qoşunları da iştirak edib. İsveç bu təlimlərə ikinci ən böyük döyüş gəmisini göndərib.

Finlandiya yaxınlığındakı manevrlərdən sonra USS Kearsarge NATO-nun genişmiqyaslı Baltops 2022 təlimlərində iştirak etməyi planlaşdırdığı Stokholma yola düşüb. Pentaqonun sözçüsü Con Kirbinin sözlərinə görə, 45-dən çox dəniz qüvvələri bölməsi, 75 təyyarə və 7000-ə yaxın şəxsi heyət təlimlərdə iştirak edəcək.
 
Alpər