Xəbər lenti

Siyasət 19:48 17.03.2024

NATO-nun Baş katibi Bakıya gəldi (YENİLƏNİB/FOTO)

NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.
 

 
19.12
 
NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun "X" hesabında paylaşım edilib.

Paylaşımda deyilir ki, NATO Baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.

Qeyd edək ki, Stoltenberq səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->