Xəbər lenti

Naxçıvan toylarında yemək qadağası qoyulub?
Ölkə18:03 17.08.2018

Naxçıvan toylarında yemək qadağası qoyulub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri zamanı bütün restoranlarda guya yeməyə qoyulan qadağa geniş müzakirə olunur.
Məsələ ilə bağlı Oxu.Az-ın müxbiri Naxçıvanın ən populyar restoranları ilə əlaqə saxlayıb.
"Qədim dünya”, "Panorama” ("Təbriz” otelinin 13-cü mərtəbəsi), "Duzdağ”, "Nəqşicahan”, "Reyhan” və "İpək yolu” restoranlarının inzibati xidmətindən bildiriblər ki, yuxarıda qeyd edilən məlumat həqiqəti əks etdirmir.
"Biz də bu barədə məlumatı internetdə oxumuşuq Amma hələ ki, Allaha şükür, rəsmi bir şey yoxdur”, - "Batabat” şadlıq evinin inzibatçısı deyib.