Xəbər lenti

Naxçıvana daha 9 milyon ayrıldı
Ölkə15:11 11.04.2014

Naxçıvana daha 9 milyon ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama görə Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,0 (doqquz) milyon manat ayrılıb.

Qaynar.info