Xəbər lenti

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edildi
Siyasət08:10 27.11.2019

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Naxçıvan MR-dəki Baş konsulluğu məlumat yayıb.
Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.
Qeyd edək ki, bu ilin oktyabr ayında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılmışdı.