Xəbər lenti

Naxçıvanda bədbəxt hadisə - Yaralılar var
Ölkə20:42 11.05.2014

Naxçıvanda bədbəxt hadisə - Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Naxçıvan Muxtar Respublikasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunmuş bayram konsertində beton pillələrin çökməsi nəticəsində bədbəxt hadisə baş verib. Yaralılar olduğu bildirilir.

Aktual.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən təxminən saat 21.30 radələrində baş verib. 

Məlumatda bildirilir ki, yeni təmirdən çıxmış Tarix-Memarlıq Kompleksinin keçidində dayanıb konsertə tamaşa edən şəhər sakinlərinin ayağının altından beton pillələr uçub. Nəticədə bir neçə şəhər sakini ciddi xəsarət alıb.

Baş vermiş bədbəxt hadisədən sonra konsert yarımçıq dayandırılıb. Hadisədə yaralananlar Naxçıvan Diaqnostika Mərkəzinə və Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

Qaynar.info