Xəbər lenti

Naxçıvanda vergi daxilolmaları 38 faiz artdı
Ekonomiks18:00 04.08.2023

Naxçıvanda vergi daxilolmaları 38 faiz artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-cü ilin 7 ayında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 90,7 milyon manatdan artıq vergi daxil olub.
Report xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz və ya 24 milyon manat çoxdur.
Qeyd edək ki, artımın səbəbi bu sahədə şəffaflığın təmin edilməsi ilə yanaşı, Naxçıvanda qeydiyyatda olan vergi ödəyicilərinin də sayının çoxalmasıdır. Belə ki, ötən illə müqayisədə vergi ödəyicilərinin sayı 46,4 faiz artıb. Hazırda bu rəqəm 89 minə yaxındır.