Xəbər lenti

Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçildi (YENİLƏNİB)
Siyasət07:09 16.05.2023

Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçildi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir.
Qaynarinfo xəbər verir ki, sessiyada Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib.
Qeyd edək ki, Anar ibrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.
Sessiya davam edir.
İctimaiyyətə sessiyanın gedişi ilə bağlı ətraflı məlumat veriləcək.
11.15
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası keçiriləcək.
Qaynarinfo xəbər verir ki, sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisi sədrinin müavininin seçilməsi, "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi, həmçinin, "Toxumçuluq haqqında” və "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi məsələləri daxil edilib.