Xəbər lenti

Naxçıvanın voleybol komandası ölkə çempionu oldu
İdman20:52 02.06.2025

Naxçıvanın voleybol komandası ölkə çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
On altı yaşadək qız voleybolçuların Azərbaycan çempionatının qalibi Naxçıvanın "Möminə Xatun” komandası olub.
Qaynarinfo xəbər verir ki, finalda "Azerrail" komandası ilə qarşılaşan Naxçıvan təmsilçisi gərgin keçən oyunda əzmkar qələbə qazanıb.
Birinci seti qalib başa vuran komanda hesabda 2:1 geriyə düşdüyü oyunu tay-brekdə çevirərək 3-2 qalib gəlib və ilk dəfə Naxçıvan komandası ölkə çempionu olub.