Ermənistanın Naxçıvanla sərhədində 2 erməni hərbçisi yaralanıb. Aznews.az xəbər verir ki, bu haqda məlumat “Novosti Armeniya” agentliyində yer alıb.
Məlumata görə, hər iki hərbçi atışma zamanı yaralanıb. Bu faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçrun Ovannisyan təsdiq edib. Onun sözlərinə görə, hərbçilər Sisyan hospitalında əməliyyat olunub.
Qeyd edək ki, həmin ərazidə atışma zamanı 1 erməni hərbçisi də ölüb.
Qaynar.info