Xəbər lenti

Nazilə Səfərli ardınca düşüb onu izləyənin kimliyini açdı – Rəqqasə imiş
Maqazin10:27 17.03.2022

Nazilə Səfərli ardınca düşüb onu izləyənin kimliyini açdı – Rəqqasə imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bir rəqqasə ardımca düşüb, məni qara-qara izləyir. Onun məqsədi məni məclislərdən uzaqlaşdırmaqdır”.
Bu barədə Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərli deyib.
Şairə deyir ki, bütün bunlar həmin rəqqasənin ona qarşı paxıllığından irəli gəlir:
"Mənə zəng edib deyirlər ki, sənin daşın nə yaman ağırdı. Bizdən xahiş edirlər ki, Nazilə Səfərlini məclislərə çağırmayın”. Görünür, mənim işlərim onun gözünü deşir. Ona görə də arxamca düşüb. Məndən əvvəl o məkanda həmin rəqqasə olub, reklamıı alınmayıb, heç bir müştəri gəlməyib. Bir sözlə, təlabat olmayıb. Odur ki, yollarını ayırıblar”.
Nazilə Səfərli onun "ayağının altını qazanın” adını açıqlamaq istəməyib:
"Amma adını çəkmirəm. Əminəm ki, söz yiyəsinə çatıb. Mənim üçün maraqlı adam deyil, onu izləmirəm də. Özünü məndən aşağıda görür deyə bütün günü məni məkanlarda qarabaqara izləyir”.
Bahar Rüstəmli