Xəbər lenti

Nazir dayısı olan icra başçısı
Ölkə07:35 05.04.2014

Nazir dayısı olan icra başçısı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Seyidəliyev Ənvər Qasım oğlu 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub.

1975-ci ildə Politexnik İnistitutunu bitirib. 1977-1983-cü illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı, Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də idarə rəisi vəzifələrində rayonunda müxtəlif vəzifələrdə çalışıb. `

Dövlət başçısının 18 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ailəlidir, bir oğlu və iki nəvəsi var.

Ənvər Seyidəliyev Ağsu rayonu Çaparlı kənd sakini, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa keçmiş namizəd Ağasən Hüseynovun ölkə prezidentinə şikayət məktubundan sonra mətbuatda daha çox qohumbaz icra başçısı kimi qaldı. Şikayət məktubunda A.Hüseynov Ağsu rayonunda acınacaqlı vəziyyətdən söz açırdı. O, Ə. Seyidəliyevin rayonda bütün vəzifələri qohumları, həmkəndliləri arasında böldüyünü yazırdı. Bu "seçmə üsuluna" isə Azərbaycanda çox normal münasibət var. Hətta belə yerdə ədəbiyyatsevər camaatımız "bal tutan barmaq yalayar" deyərək köks ötürməyə artıq adət ediblər.

Eyni zamanda Ə.Seyidəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dayısıdır.

Şikayətçi A.Hüseynov rayonda icra başçısının və Səlim Müslümovun vəzifələr tutan qohumlarının bəzilərinin adını da qeyd edib: "“Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Səlim Müslümovun bibisinin əri Ağsu rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin rəisidir. Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov Səlim Müslümovun qardaşıdır. Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərova verilib.

Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyev Ağsu polis şöbəsinin rəis müavinidir. Rayon kommunal təsərrüfat birliyinin rəisi icra başçısının yaxın qohumudur.

Ağsu rayon Suvarma Sistemləri İdarəsinə 2013-cü ildə 300 min manatdan çox vəsait ayrıldığı deyilir. Məlumata əsasən həmçinin rayonun suvarılan torpaqlarından yığılan su pullarını da hesablasaq Suvarma Sistemləri İdarəsinə 500 min manatdan çox vəsaitin daxil olduğu ortaya çıxar./interpress