Xəbər lenti

Nazir İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü
Siyasət15:11 25.11.2013

Nazir İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazir Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi İkmələddin İhsanoğlunu qəbul edib. 

XİN-in mətbuat xidmətindən Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycan və İƏT arasında sıx əməkdaşlıq əlaqələrinin olmasından məmnunluq ifadə olunaraq, münasibətlərin daha da inkişaf etdirilməsi perspektivləri üzrə müzakirələr aparılıb. 

İ. İhsanoğlu Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında BMT TŞ və İƏT arasında tərəfdaşlığın gücləndirilməsi mövzusunda təşkil olunmuş iclasın xüsusi əhəmiyyət kəsb etdiyini deyib və İƏT-ə verdiyi dəstəyə, yardım və töhfələrə görə Azərbaycana dərin təşəkkürünü bildirib.

E. Məmmədyarov İƏT çərçivəsində əməkdaşlığın Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu söyləyərək baş katib İkmələddin İhsanoğlunun təşkilatın daha da inkişaf etməsinə və beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən mühüm təsisat kimi rolunun artmasına verdiyi töhfələrin yüksək qiymətləndirildiyini vurğulayıb.

Qaynar.info