
Rusiya, nəhayət ki, neft lənətindən xilas oldu.
Qaynar.info-nun məlumatına görə, axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Maliyyə naziri Anton Siluanov Sənayeçilər və Sahibkarlar İttifaqının Konqresində deyib.
O, neft qiymətlərinin ucuzlaşması nəticəsində Rusiya sənayesinin inkişaf etdiyini bildirib:
"Neftin qiymətinin yüksək olduğu dövrdə sənayemizdə durğunluq vardı. Bu gün sahibkarların mənfəəti 53% artıb".
Qeyd edək ki, Rusiya hökuməti bir müddət öncə isə rublun ucuzlaşmasının ölkə iqtisadiyyatına müsbət tərəfləri olduğu barədə məlumat yaymışdı.
Qaynar.info