Xəbər lenti

Nazir Xəzər dənizinin hasarlanmasından DANIŞDI
Ölkə19:10 13.05.2016

Nazir Xəzər dənizinin hasarlanmasından DANIŞDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizinin bir çox ərazilərdə hasarlanmasına münasibət bildirib.
Qaynarinfo.az report-a istinadən xəbər verir ki, Hüseyn Bağırov "ASAN radio"nun "QəbuldASAN" verilişində deyib ki, bu məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində deyil.
Nazir bildirib ki, bu məsələlər üçün müvafiq təşkilatlar var: "Qərar qəbul etmək, məsələlərə nəzarət etmək dövlət orqanı kimi bizə aid olmayan işlərlərdir".
Bununla yanaşı, nazir deyib ki, dənizin hasarlanması məsələsində insanların kütləvi istifadə etdiyi yerlərdən bir az qaçmaq olardı. 
Qaynarinfo.az