Xəbər lenti

Nazirdən yeni təyinat: Şöbələr ləğv edildi
Ekonomiks 11:01 22.05.2025

Nazirdən yeni təyinat: Şöbələr ləğv edildi

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

Qaynarinfo Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

Nazirliyin Şimal bölgəsində - Qusar şəhərində Quba-Xaçmaz Regional Maliyyə idarəsi yaradılıb.

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilati işlər görülür.

Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->