Xəbər lenti

Türk nazirin suriyalı şeyxin əlini öpdüyü görüntü üzə çıxdı, ara qarışdı (VİDEO)
Siyasət13:10 20.12.2019

Türk nazirin suriyalı şeyxin əlini öpdüyü görüntü üzə çıxdı, ara qarışdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriya mərkəzli Xəznəvi təriqətinin təşkil etdiyi bir proqrama qatılan Ədalət naziri Əbdülhəmid Gülün təriqət liderinin əlini öpdüyü görüntülər ortaya çıxıb. 
Qaynarinfo xəbər verir ki, görüntülər sosial mediayada böyük müzakirələrə və qınaqlara səbəb olub. Faktın müzakirəsi TBMM-ə qədər gedib çıxıb.
Sözü gedən görüntüləri Antep Şahinbəy Bələdiyyəsi CHP məclis üzvü Həsən Şəncan gündəmə gətirib.
Öz Tvitter hesabından videonu paylaşan Şəncan yazıb: "Xəznəvi təriqətinin lideri bir çıxış edir və kürsüdən enərkən bu ölkənin Ədliyyə naziri, millət vəkilləri onun əlini öpür. Ayıb olsun sizə! Yoxsa Gaziantepi bir bazaya çevirən bu mürtəce təriqət yeni bir FETÖ üçün zəmin hazırlayır? Təriqətlərə söykənməkdən əl çəkin daha!”
Nazir Gül görüntüylə bağlı faktı təsdiqləyərək, detallara aydınlıq gətirib: "Hələ millət vəkili olmadığım, seçki təbliğatı apardığımız vaxt Peyğəmbərin müqəddəs doğum günüylə bağlı iştirak etdiyimiz bir tədbir idi. Xatıladığım qədəriylə bu 2015-ci il - 7 iyun seçkidən qabaq idi, hesab edirəm ki, onda hələ millət vəkili də deyildim".
Nazirin cavabından sonra CHP sədrinin qrup nümayəndəsi Özgür Özəl də söz alaraq Məclisdə fakta reaksiya verib: "Cənab nazirə xatırladım ki, o təriqət bir qeyri-hökumət təşkilatı-filan deyil. Məhəmməd Muta əl-Xəznəvi Nəqşbəndi təriqətinin Xalidiyyə qolundandır. 2005-ci ildən bu təriqətin başında dayanır, özü də suriyalıdır. Bu qədər şeydən sonra da bir ibrət almadıqmı? İndi də gözləyəcəyik ki, bunlar qiyam etsin, bunlarla mübarizə aparaq? Bu baxımdan onlara hər istədiyini vermək çox təhlükəlidir. 
Bir millət vəkilimizin suriyalı bir təriqət liderinin əlini o qədər açıq öpməsi... Ki, bu çox qorxunc görüntüdür, özündən yaşça çox kiçik, üstəlik də bir Ədliyyə nazirinin, bir millət vəkilinin bu cür görüntüsünün olması qəti doğru değil”.
<iframe frameborder="0" width="480" height="270" src="https://www.dailymotion.com/embed/video/x7pdu5x" allowfullscreen="" allow="autoplay">