Xəbər lenti

Nazirlər Vyanada görüşdülər
Siyasət10:05 13.07.2013

Nazirlər Vyanada görüşdülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Görüş əvvəlcə təkbətək, sonra isə həmsədrlərin iştirakı ilə keçirilib

İyulun 12-də Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan xarici işlər naziri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib.

 APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, nazirlər əvvəlcə təkbətək, sonra isə ATƏT-in Minsk Qrupun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Yan Kelli (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə görüşüblər.

Görüşdə Dağlıq Qarabağın sülh yolu ilə həlli yolları müzakirə olunub.