Xəbər lenti

Nazirlik: "Bakıda tozun miqdarı normadan 52 faiz yuxarıdır"
Ölkə14:52 23.08.2017

Nazirlik: "Bakıda tozun miqdarı normadan 52 faiz yuxarıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə tozun miqdarı saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.

Atmosfer havasında tozun miqdarı saat 09:00-da 20 faiz, saat 12:00-da 32 faiz, saat 15:00-da isə 40 faiz sanitar normadan yuxarı olub.

Qeyd edək ki, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Qaynarinfo.Az