Xəbər lenti

Nazirlik tanınmayan şirkətə 850 min manat verəcək
Ekonomiks11:23 14.07.2022

Nazirlik tanınmayan şirkətə 850 min manat verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Geo-Su Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. 
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 849 010 AZN təşkil edən müqavilədə "Su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiya” layihəsinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Geo-Su Group” MMC 2 dekabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rüstəmov Elvin Həsən oğludur. 
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Şirkətin əlaqə telefonları, rəsmi internet səhifəsinə də rast gəlinmir. 
"Geo-Su Group” MMC yeni yaranmasına və populyar şirkət olmadığına baxmayaraq, iri məbləğli tenderlərin qalibi olub. Şirkət 2021-2022-ci illərdə toplam maliyyə dəyəri 2 106 394,4 AZN olan 4 satınalma müqaviləsi imzalayıb. Ən iri məbləğli müqavilə "Azərsu” ASC ilə bağlanıb: 1 182 950 AZN. Bu müqavilə şirkətin faəliyyətinin 1 ili tamamlanmış imzalanıb. 
Seyid