Xəbər lenti

Nazirlik: Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb
Ölkə12:14 07.12.2017

Nazirlik: Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, dekabrın 11-də təhsil nazirinin Neftçala rayonunda nəzərdə tutulan görüşü qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. 
"Bununla bağlı vətəndaşlara əlavə məlumat veriləcək", - deyə nazirlikdən əlavə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin dekabr ayının 5-də imzaladığı sərəncamla Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib.