Xəbər lenti

Nazirlikdə kadr dəyişikliyi
Ekonomiks10:29 28.09.2022

Nazirlikdə kadr dəyişikliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə məxsus "Azalternativenerji" MMC-nin direktoru Aqşin Bəkirzadə vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, şirkətə rəhbərlik Madar Quliyevə həvalə olunub.
Xatırladaq ki, "AzAlternativEnerji” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 51,483 milyon manatdır. Şirkət Qobustan hibrid elektrik stansiyasının, Suraxanı, Pirallahı, Sahil və Samux günəş elektrik stansiyalarının, eləcə də bir sıra sosial obyektlərdə quraşdırılmış günəş enerjisi sistemlərinin istismarını və idarə edilməsini həyata keçirir.