Xəbər lenti

Nazirliklə deputatın rəhbəri olduğu zavod arasında 21 milyonluq müqavilə
Ekonomiks 13:47 18.06.2026

Nazirliklə deputatın rəhbəri olduğu zavod arasında 21 milyonluq müqavilə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə MAZ 6312 C5 (6*4) markalı tullantı daşıyan avtomobillərin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 21 462 500 manatdır. 

Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. Nazirliyin neçə ədəd nəqliyyat vasitəsi alacağı məlum deyil. 

"Gəncə Avtomobil Zavodu”nun əsası 1986-cı ildə qoyulub. Müstəqilliyin ilk illərində zavod fəaliyyətini dayandırıb. 2004-cü ildə zavodun fəaliyyəti yenidən bərpa edilib. 

Zavod vergi qeydiyyatına 1995-ci ildə alınıb. Açıq mənbələrdə zavodun nizamnamə kapitalı haqqında məlumat yoxdur. Zavodun direktoru Əliyev Amin Allahverdi oğludur. Müşahidə Şurasının sədri isə Xanlar Fətiyevdir. 

Xanlar Fətiyev həm də deputatdır. O, parlamentdə 98 saylı Bərdə-Tərtər seçki dairəsini təmsil edir. 

Seyid
--> -->