Xəbər lenti

"Nə o - yelkən, nə bu - gəmi”
Sənət09:16 15.04.2023

"Nə o - yelkən, nə bu - gəmi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heç dəniz də o dəniz, sahil də o sahil deyil... 
Belə yaşamaq olmur;
Pərdəni çək,
Bir az qaranlıq düşsün evə...
Biz də o biz deyilik heç...
"Dünya haçan azad olar?" - dedin,
Bilmirəm, ana...
Ancaq biz azad olacağıq dünyadan!
"Nə o – yelkən, nə bu – gəmi” Qardaşxan Haqqararın "Elm və təhsil” nəşriyyatında çap olunan yeni kitabıdır.  "Du¬a¬¬lar” bölməsində:
"Göy şeiridi mənim şerim 
Göydə işarələr olmur” -
deyən müəllif burada durğu işarələrindən istifadə etmədiyinə haqq qazandırmağımızı istəyir.  
Qardaşxan "İmza yerinə rəmzi qılınc” bölməsində  ədəbi cəsarət simvolu yazar Rafiq Tağının xatirəsinə həsr etdiyi poetik nümunələrin qələmə, sözə terrora qarşı  etiraz şeirləri olduğunu xüsusi vurğulayır.  
Kitabda "Nə o - yelkən, nə bu - gəmi” və "Qafiyəsiz poeziya” adlı daha iki bölmə var. 
Bu başsız külək də lap eyləyib ağ,
dənizə dağ çəkir,
hər dalğa - bir dağ.
Bir tufan qaldırıb ya xilas olmaq,
ya da öz içində batmaq istəyir, -
misraları bütövlükdə bu nəfis nəşrdəki şeirlərin azadlıq ruhunu yaxşı ifadə edir.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoydur.