Xəbər lenti

Neçə nəfər deputatlığa namizədliyini irəli sürüb?
Siyasət07:52 22.07.2024

Neçə nəfər deputatlığa namizədliyini irəli sürüb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri ilə əlaqədar indiyədək namizədliyi irəli sürülənlərin sayı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, indiyədək 1048 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
MSK sədri söyləyib ki, onlardan 700 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib.