Xəbər lenti

Nəcməddin Sadıqov yoxlamalara başladı
Ölkə06:34 06.01.2014

Nəcməddin Sadıqov yoxlamalara başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Bu barədə APA Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Səfərin məqsədi qoşunların yeni tədris ilinə hazırlığı, təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyəti, müdafiənin dayanıqlığı, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, nizam-intizam və sosial şəraitinin yoxlanılmasıdır.

Qaynar.info