Neft hasilatını azaltmaq üçün mayın 1-dən qüvvəyə minmiş OPEC + sazişi dünyada xammalın həddən artıq çox olmasına əhəmiyyətli təsir göstərə bilmədiyi üçün qlobal əmtəə bazarında neftin qiymətinin artmasına səbəb olmayacaq.
Qaynarinfo xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının neft bazarı üzrə mütəxəssisi Fadil əl-Buinein deyib.
Onun sözlərinə görə, neft qiymətləri yalnız yeni növ koronavirus pandemiyasının bitməsindən və müxtəlif ölkələrdə məhdudlaşdırıcı tədbirlərin qaldırılmasından sonra artmağa başlayacaq.
"Karbohidrogen bazarındakı vəziyyəti düzəltmək üçün bunu yaradan səbəbi aradan qaldırmaq lazımdır. Bu, koronavirüsün yayılmasıdır. Neft qiymətlərinin sabitləşməsi əsasən peyvəndlərin və müalicələrin inkişafı ilə əlaqədardır ki, bu da dünyada iqtisadi fəallığın bərpa olunmasına imkan verəcək", - deyə RİA ekspertdən sitat gətirib.
Alpər