Xəbər lenti

Neft niyə ucuzlaşır?
Ekonomiks10:50 19.12.2018

Neft niyə ucuzlaşır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neft-qaz Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dünya bazarında neftin qiymətinin düşməsinin səbəblərinə toxunub.
Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspertin sözlərinə görə, neft birdən-birə dekabrın 7-dən sonra 63 dollardan 56 dollara düşüb. Məsələnin səbəblərinə toxunan ekspert vurğulayıb ki, ABŞ-da şist neft hasilatının artması və 2019-cu ilin yanvarında onun yeni rekord göstəricilərə çatması ilə bağlı yeni proqnozların açıqlanması buna ilk səbəbdir: 
"İkincisi, Rusiyanın energetika naziri A.Novakın 2018-ci ilin yekunlarına görə ölkəsinin neft hasilatına dair artımlı açıqlama verdi. Bundan əlavə, ABŞ-Çin ticarət müharibələri nəticəsində 2019-cu ildə dünya iqtisadiyyatının inkişaf tempinə dair əvvəlki proqnozlar azalmağa doğru korrektə edilib”.